image-2000x150px
image-123
image-ads_atlas
image-1578369449_1backend

Zakir Fərəcov sakinlərə sənəd almaqda əngəl olur – İcra hakimiyyəti yarım milyon istəyir…

image-728x90px

Bir neçə gün əvvəl Sumqayıtda yerləşən “New city” yaşayış kompleksinin sakinlərinin problemləri ictimailəşdi.

“Doğru.Az” bildirir ki, sakinlər evlərinə sənəd ala bilməmələrindən və bu məsələdə başlıca əngəl kimi Sumqayıt şəhər İcra hakimiyyətinin çıxış etməsindən giley edirlər.

Qeyd edək ki, onların “New city” yaşayış kompleksində mənzilləri olsa da, yaşadıqları evlərə çıxarış almaqda problemlə üzləşiblər. Sakinlər iddia edir ki, MTK rəhbərliyi üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilmir. Ev alan şəxslər pullarını ödəsələr də, çıxarış ala bilmirlər.

Sözügedən “New City” yaşayış kompleksinin direktoru Fərman Şükürov da məsələ ilə bağlı mətbuata açıqlama verib və o, bildirib ki, sakinlərin şikayəti tam haqlıdır. Onun sözlərinə görə, MTK tərəfindən lazımi sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinə təqdim edilib. Hətta bu idarənin icazəsi ilə binada layihə dəyişikliyi olunub. Sonra tələb olunan bütün sənədlər şəhər icra hakimiyyətinə göndərilib.

İcra hakimiyyəti isə sakinlərin şikayətinə adekvat reaksiya verməyib.

Bu arada sakinlərdən biri problemin hələ də qaldığını söyləməklə yanaşı, ilginc iddia ilə də çıxış edib. Onun sözlərinə görə, “New city” yaşayış kompleksinin sakinlərinin mənzillərinə çıxarış üçün Sumqayıt RİH-dən yarım milyon manat pul tələb olunub. Vətəndaş bildirir ki, buna görə, onların problemləri həll olunmamış qalır: “Bizim o qədər pulu yığmağa gücümüz yoxdur. İnanmıram ki, “New city” yaşayış kompleksin rəhbərliyi də öz cibindən bu pulu ödəsin…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

pia.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki