image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-09-14t145026-054backend

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb – FOTO

image-728x90px

Sentyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.

Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Professor E.Afyoncu isə öz növbəsində genişmiqyaslı təxribat nəticəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra  hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edib və bu sahə üzrə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra E.Afyoncu min illik tarixi keçmişə malik olan və fərqli coğrafi ərazilərə yayılan türk tarixindən bəhs edən “Türklerin tarihi” adlı kitabını general-polkovnik Z.Həsənova təqdim edib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

Bizimlə əlaqə saxlayın

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki