image-n1karobka_ads
image-123
image-w_161708432084463659836_1200x630backend

Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib – FOTO

Fevralın 20-də Mətbuat Şurasının və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.

Doğru.az xəbər verir ki, təqdimatda çıxış edənlər kitabın Azərbaycanın mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli material olduğunu vurğulayıblar.

Bildirilib ki, Azərbaycan mətbuatı nümunələrinin ərəb qrafikasından, əski əlifbadan müasir latın əlifbasına çevrilərək kitab halında yenidən nəşr edilməsinə xüsusi diqqət yetirilir.

Bu sahədə vaxtilə çalışmış mərhum Müştəba Əliyevin (1954-2017) xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Fədakar tədqiqatçı uzun illər ərzində “Ziyayi Qafqaziyyə” qəzetini də latın qrafikasında çapa hazırlayıb. Bu mənada Müştəba Əliyevin “Ziya” va “Ziyayi Qafqaziyyə” qəzetlərini latın qrafikasına çevirməsi Azərbaycanda mətbuat tarixçiliyinə əsl xidmət nümunəsidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ziyayi Qafqaziyyə” qəzetinin də latın qrafikasına transliterasiya edilmiş toplusunu kitab halında nəşr etməklə, ilk növbədə, Müştəba Əliyevin zəhmətinə və xatirəsinə yüksək ehtiramını ifadə edir.

Eyni zamanda, “Ziyayi Qafqaziyyə” qəzetinin ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxuculara və tədqiqatçilara çatdırılması milli mətbuat tariximizin keçdiyi çətin və şərəfli yolun dərslərini, bu qəzetin günümüz üçün də əhəmiyyətli olan maarifçi ideyalarını yeni nəsillərə təşviq etmək baxımından faydalıdır.

Qeyd edək ki, “Ziyayi Qafqaziyyə” qəzetinin transfoneliterasiyası – “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş kitabın baş redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Onu bildirək ki, “Ziyayi Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevdir.

DOĞRU.AZ

image-w_1617084320846537839792_1200x630 image-w_1617084320842587843609_1200x630 image-w_1617084320842226429867_1200x630 image-w_1617084320844405613791_1200x630 image-w_161708432084641743523_1200x630 image-w_1617084320841468730583_1200x630 image-w_161708433929648646430_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki