image-n1karobka_ads
image-123
image-1750226994_4298c3da-0819-44c3-82e5-0e2b324b6a67backend

2 nömrəli Psixiatriya Xəstəxanasında Tibb İşçiləri Peşə bayramını qeyd etdi – FOTO  

17 iyun tarixində ölkəmizdə ənənəvi olaraq Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən təsis olunub.

Bu münasibətlə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında tədbir təşkil edilib. Tədbirdə xəstəxananın rəhbərliyi, həkim kollektivi və tibb personalı iştirak ediblər.

Xəstəxananın baş həkimi Leyla Bəşirova çıxış edərək kollektivə peşə bayramı münasibəti ilə təbriklərini çatdırıb, onların çətin və məsuliyyətli əməyini yüksək dəyərləndirib. Baş həkim çıxışında son dövrlərdə müəssisədə həyata keçirilən yeniliklər, təmir-bərpa işləri və xidmət səviyyəsinin artırılması istiqamətində görülən tədbirlər barədə də ətraflı məlumat verib.

Səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup tibb işçisi baş həkimin təşəkkürnaməsi ilə təltif olunub. Onlara gələcək işlərində uğurlar arzulanıb, peşəkar səviyyədə fəaliyyətlərinin davam etməsi istənilib.

DOĞRU.AZ

image-1750227040_00bb97b3-dc97-4369-ab24-2f96bd78f4fa image-1750227029_a514fb98-12cb-4e3b-a494-4007bd0df00e image-1750227084_d7c01ccd-826f-4d54-9242-151858614701 image-1750227014_b60bc87b-d6ce-4ac9-aff9-95b49f4d3485-1

Qeyd edək ki, bu cür tədbirlər tibb işçilərinin əhval-ruhiyyəsini yüksəltmək və onların əməyinə verilən dəyəri ifadə etmək baxımından mühüm əhəmiyyət daşıyır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki