Barselona Qlobal Sağlamlıq İnstitutunun alimləri hesablayıblar ki, 2022-ci ilin yayında Avropanın 35 ölkəsində istilər nəticəsində 61 672 nəfər ölüb. İtaliya (təxminən 18,000 ölüm), İspaniya (təxminən 11,000 ölüm) və Almaniya (təxminən 8,000 ölüm) ən çox zərər çəkmiş, qadınlar və qocalar isə ən həssasdır.
Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Tədqiqat Coan Ballesterin rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb. Mütəxəssislər son illərin isti dalğalarının Avropanın 35 ölkəsində (Aİ ölkələri, həmçinin Albaniya, Monteneqro, Serbiya, Lixtenşteyn, İsveçrə, İslandiya, İrlandiya və Böyük Britaniya) müxtəlif əhali qruplarının ölümünə necə təsir etdiyini araşdırıblar.
Müəlliflər ölümlərin sayı (2015-ci ildən 2022-ci ilədək 44 milyondan çox qeydə alınmış hal) və onların baş vermə vaxtı ilə bağlı Eurostat və milli statistika idarələrinin məlumatlarını, həmçinin havanın temperaturu ilə bağlı saatlıq ERA5-Land reanaliz məlumatlarını təhlil ediblər.
Açıqlanan məlumata görə, 2022-ci il mayın 30-dan sentyabrın 4-dək Avropada istilər zamanı 61 672 ölüm halı qeydə alınıb. Qadınlar kişilərdən 56% daha çox belə istidən ölür. Ölümlərin yarıdan çoxu 80 yaşdan yuxarı əhali arasında baş verib.
Mənbə: Haberler.com