image-n1karobka_ads
image-123
image-6884830eae5ac924f607bbd4backend

2026 seçkilərindən sonra Braziliya Ukraynaya silah göndərə bilər – ehtiyatda olan zabitdən iddia

image-ad_qayo_720x110px

Braziliya Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabiti və analitik Robinson Farinazu bildirib ki, 2026-cı il prezident seçkilərində sağçı liderin qalib gəlməsi ölkənin Ukraynaya silah tədarük etməsinə səbəb ola bilər.

Doğru.az xəbər verir ki, bu barədə o, RİA Novosti-yə müsahibəsində danışıb.

Farinazunun sözlərinə görə, Braziliyada sağçı qüvvələr ABŞ-ın siyasi kursunu tam şəkildə dəstəkləyirlər. Əgər hazırkı prezident Luiz İnasio Lula da Silva 2026-cı ildə seçkilərdə məğlub olsa, Braziliyanın Qlobal Cənubla münasibətləri ciddi şəkildə pisləşə bilər.

“Bu (Ukraynaya silah tədarükü – red.) mümkündür. Braziliya sağçılığı həmişə dar çərçivədə düşünür və dünyadakı prosesləri dərk etmir”, – deyə Farinazu qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Lula da Silva ABŞ-ın sabiq prezidenti Donald Trampı Braziliyanın milli suverenliyinə zərbə vurmaqda ittiham etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki