Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçiriləcək.
Doğru.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels – İsveçrə matçına ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionda oynanılacaq görüş 17:00-da başlayacaq.
Qeyd edək ki, turnirin daha 3 qarşılaşması – Türkiyə – Uels (16 iyun, 20:00), İsveçrə – Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək. 12 iyun A qrupu 17:00. Uels – İsveçrə Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa) Bakı Olimpiya Stadionu
DOĞRU.AZ