image-ads_n1karobka_mobile
image-isiq1762412186backend

5 saat işiq OLMAYACAQ

image-add-a-heading

Bu gün Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verilir ki, məsələ ilə bağlı məlumatı Azərişıq ASC yayıb.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, həmçinin Araz küçəsinin 1, 2, 3, 4 və 5-ci döngələri, eləcə də yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə olacaq.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki