image-2000x150px
image-123
image-ads_atlas
image-4aec016b-5912-4f19-91ca-34d4008c13d1backend

28 fevral 2023-cü il tarixindəİncəsənət Gimnaziyası “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda tədbir keçirilib.

image-728x90px

28 fevral 2023-cü il tarixində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və  AMK tərkibində  İncəsənət Gimnaziyası “Uşaqlar yol hərəkət qaydalarını necə bilirlər?” mövzusunda tədbir keçirilib.

Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.

Tədbirdə Bakı Şəhər Dövlət Yol  Polisi İdarəsinin əməkdaşları polis baş leytenantı Pərvanə Muradova,polis leytenantı Rüstəm Əhmədli, AMK tərkibində  İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, təşkilatçı müəllimi Samirə Babayeva, sinif rəhbəri   Arzu Məmmədova, müəllimlər, uşaqlar və valideynlər iştirak edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıblar.Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir zamanı mövzu ilə bağlı 25 nəfər ibtidai sinif şagirdləri yol hərəkəti qaydalatına dair öz bilik və bacarıqlarını nümayış etdirmişdir. Uşaqlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Sonda AMK tərkibində  İncəsənət Gimnaziyasının direktoru yarışın təşkilatçılarına təşəkkürünü bildirib.

DOĞRU.AZ

image-4aec016b-5912-4f19-91ca-34d4008c13d1 image-22bc4106-5274-450c-8bc7-681ea0c5f151 image-24ea399c-6d19-410e-82b2-86587bc146a4 image-70fae441-a50d-409c-bf44-379aebecbb36 image-254eae33-21f0-461f-8f5d-201e7e1b14ed image-4052893a-af8c-46e5-b3e3-c1f0a9ebd35e image-df375e57-ab86-480e-88b0-c4a196400346 DOC-20230217-WA0067. (1) image-e8bc87ad-5de8-47c1-92cd-8cd3bc6afa12 image-fc1cd96a-d725-4172-8535-0d6a3f5057eb

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki