image-n1karobka_ads
image-123
image-hq720backend

8 Mart günündə “Möhtəşəm qadınlar” adlı layihə – VİDEO

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.  Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai – siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

Hər bir sahədə işinin peşəkarı dəyərli xanımlarımız fəaliyyət göstərir. Bunlara nümunə olaraq, dəyərli, psixoloq, pedaqoq, ictimai xadim, yazar, hüquqşünas, həkim və s, müxtəlif peşə sahiblərinin çıxışı və iştirakı olacaqdır.

Qeyd edək ki, 8 Marta özəl “Möhtəşəm qadınlar” adlı tədbirin təşkilatçılığı, Psixo-pedaqoq Mənsurə Qəhrəmanovadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki