image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-img_20240310_111409_726backend

8 marta özəl “Möhtəşəm qadınlar” adlı tədbir keçirildi – FOTO/VİDEO

image-728x90px

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, psixoloq,iş adamı, dövlət məmurudur.

Müasir cəmiyyətin inkişafında psixoloqlarımızın xüsusilə xanım psixoloqlarımızın rolu əvəzsizdir.

8 marta özəl “Möhtəşəm qadınlar” adlı tədbir psixologiya sahəsindəki xanımları bir araya topladı və bu sahənin peşəkarları ilə birgə layihə həyata keçirildi.

Tədbirdə beynəlxalq müsabiqələr laureatı- Rövşən Cibişov, Aysel Əlizadə vokalist, ictimai xadim Zenfira Ağayeva,
Şair-jurnalist Gülşən Behbud, şəhid anası Kifayət xanım Qasımova, Şəfəq xanım Şirvani, şirkət rəhbərləri, psixoloq, pedaqoq, həkim, mühasib, tədbirin təşkilatçısı Psixoloq Pedaqoq Mənsurə Qəhrəmanova və.s sahələrdən olan iş xanımları iştirak etmişdir.

Psixoloqların maraqlı mövzularda çıxışı və digər sahələrdən olan xanımların qadınlara motivasiya xarakterli çıxışışları ilə öz həmcinslərini təbrik etdilər.

DOĞRU.AZ

image-img_20240310_111413_418 image-img_20240310_111419_232 image-img_20240310_111424_196 image-img-20240309-wa0031 image-img_20240310_111438_279 image-img_20240310_111447_268 image-img_20240310_111456_504 image-img_20240310_111511_048 image-img_20240310_111515_384

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki