image-n1karobka_ads
image-123
image-realbackend

AAYDA sürücülərə müraciət edib

image-ad_qayo_720x110px

Bu gün saat 23:00-dan saat 5:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka” – “VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-35-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki