image-n1karobka_ads
image-123
image-66f57f7dae5ac9312b72da48-1backend

Abbas Fələstin və İsrail arasında sülhməramlı qüvvələrin yaradılmasını istəyib

image-ad_qayo_720x110px

Qəzza zolağında müharibə başa çatdıqdan sonra Fələstin və İsrail arasında beynəlxalq sülhməramlı qüvvə yaradılmalıdır. Bunu Fələstin lideri Mahmud Abbas deyib.

O, BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, bu, hər iki dövlətin təhlükəsizliyini təmin etmək üçün lazımdır.

“Biz iki dövlətin təhlükəsizliyini təmin etmək üçün Fələstin və İsrail arasında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasını BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiq etməyə çağırırıq”, – deyə TASS-dan sitat gətirir.

Bundan əvvəl BMT Baş Assambleyası İsraildən Fələstin torpaqlarını tərk etməyi tələb edən qətnamə qəbul edib.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki