ABŞ hakimiyyəti Avropa ölkələrini Hindistana ABŞ-dakı kimi sanksiyalar tətbiq etməyə çağırıb.
Doğru.az xəbər verir ki, bu, neft və qaz idxalına qadağa və Aİ tərəfindən Hindistan və Çindən gələn mallara əlavə rüsumların tətbiqini nəzərdə tutur.
Vaşinqton hesab edir ki, Aİ liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli səylərini açıq dəstəkləyir, eyni zamanda, Alyaskada Rusiya-ABŞ sammitinin nəticələrini “qüvvəyə salmağa” çalışırlar. Ağ Evin yüksək rütbəli rəsmisi bildirib: “Avropalılar bu müharibəni uzada və əsassız gözləntilərə haqq qazandıra bilməz, eyni zamanda Amerikanın xərcləri öz üzərinə götürəcəyini gözləyə bilməzlər.”
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Scott Bessent Aİ-dən sanksiyaların tətbiqi ilə bağlı “susmağı və ya hərəkətə keçməyi” tələb edib.
DOĞRU.AZ