Minnesota ştatının sakini, 54 yaşlı Brian Hooper Sr törətmədiyi qətl ittihamı ilə 27 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Doğru.az xəbər verir ki, onun məhkumluğu əsasən hazırda həbsdə olan şahidin yalan ifadəsinə əsaslanıb.
NBC News-un məlumatına görə, həmin qadın vicdan əzabı çəkdiyini bildirib və təxminən 30 ildən sonra ifadəsini geri götürərək qətli özünün törətdiyini etiraf edib.
Məhkəmənin qərarında qeyd olunub: “Bu gün məhkəmə Brayan Huperin, ailəsinin, yaxınlarının və müdafiəçilərinin həmişə bildiklərini təsdiqlədi: cənab Huper günahsızdır”.
Xatırladaq ki, 2023-cü ildə oxşar hadisə baş vermişdi – səhvən 27 il həbs cəzası çəkən bir amerikalı Nyu-York şəhərini və iki keçmiş detektivi 50 milyon dollar təzminat tələb edərək məhkəməyə vermişdi.
DOĞRU.AZ