image-2000x150px
image-123
image-ads_atlas
image-d4c10c11-87aa-3fce-a520-4977039e6a8f_850backend

ABŞ-da Hüseyn Cavidin barelyefinin açılışı olub

image-728x90px

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi günündə ədibin barelyefinin açılışı olub.

Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyefi Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulub.

Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Açılış mərasimində ABŞ hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, iş adamları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Tədbiri açılış sözü ilə açan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının sədri Reza Vəziri qonaqları salamlayıb və barelyefin açılışının əhəmiyyətdən danışıb.

Sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Hüseyn Cavid irsinin Azərbaycan tarixindəki rolundan bəhs edib. O, Hüseyn Cavidin azadlıq idealları uğrunda apardığı mübarizə yolundan, onun sürgün illərindən və daha sonra nəşinin ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvana gətirilməsindən danışıb.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda oktyabrın 24-ü Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.

Bu barədə Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb. Bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki