image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-38backend

ABŞ-də sərnişin təyyarəsində dəhşətli hadisə: Uçuş zamanı gövdəsinin bir hissəsi qopdu

image-728x90px

ABŞ-də sərnişin təyyarəsinin gövdəsinin bir parçası uçuş zamanı qopub.

İnsident “Boeing 737” təyyarəsinin Portlenddən Ontarioya uçuşu zamanı baş verib.

Bu barədə təyyarənin məxsus olduğu “Alaska Airlines” şirkətindən açıqlama verilib.

Bildirilib ki, hadisə təyyarə havaya qalxdıqdan az sonra, artıq hündürlükdə olarkən meydana gəlib.

Təyyarənin salonundan yayımlanan görüntülərdə gövdənin bir hissəsinin pəncərələrdən biri ilə birlikdə qopduğu əks olunub. Xoşbəxtlikdən, divarın yanındakı sərnişin oturacağında heç kim əyləşməyib.

Təyyarənin göyərtəsində 174 sərnişin və altı ekipaj üzvü olub. Təyyarə təcili olaraq geri qayıtmaq məcburiyyətində qalıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki