ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna nümayəndə heyətləri arasında mümkün danışıqlardan əvvəl İstanbula gəlib.
Bu barədə AFP məlumat yayıb.
“Rubio üç ildən artıqdır ki, Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlardan əvvəl İstanbula gəlib”.
Daha əvvəl bildirilmişdi ki, İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş Moskva vaxtı ilə saat 12:30-a planlaşdırılıb . Bundan əvvəl İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutacaq.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat vermişdi ki, Rusiya nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə səmərəli danışıqlar aparıb.
DOĞRU.AZ