image-2000x150px
image-123
image-ads_atlas
image-20220811_gaf_x99_201-pic_32ratio_900x600-900x600-61598backend

ABŞ Ədliyyə Nazirliyi rusiyalı Medvedevi 150 milyon dolları yumaqda ittiham edir

image-728x90px

ABŞ Ədliyyə Nazirliyi ABŞ-da yaşayan Rusiya vətəndaşını təxminən 150 milyon dollar məbləğində qeyri-qanuni pul köçürmələrində ittiham edib.

Bu barədə ABŞ Departamenti öz saytında məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən ittiham olunan Corciya ştatından olan rusiyalı Feliks Medvedev özünün açdığı 8 şirkət vasitəsilə xaricə 1,3 minə yaxın köçürmə həyata keçirib.

Bundan əvvəl terrorizmə və maliyyə kəşfiyyatına qarşı mübarizəyə nəzarət edən ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Vaşinqtonun Avropadakı müttəfiqləri və tərəfdaşları ilə Rusiyaya qarşı sanksiyalardan yayınmağa qarşı tədbirləri müzakirə edib. Bu məmur aprelin 16-dan 22-dək Avstriya, Almaniya, İtaliya və İsveçrəyə səfər edib.

Nazirliyin məlumatına görə, o, bu ölkələrdə “hökumətlərin, maliyyə institutlarının, vətəndaş cəmiyyəti və biznes assosiasiyalarının nümayəndələri” ilə görüşlər keçirərək, xüsusi hərbi əməliyyat üçün “anti-Rusiya sanksiyalarından yayınmağa qarşı çıxmaq və Rusiyanın vəsait əldə etmək imkanlarını məhdudlaşdırmaq” məsələlərini müzakirə edib.

Mənbə: A haber

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki