ABŞ Fələstin vətəndaşlarına geniş çeşiddə vizaların verilməsini dayandırıb.
Doğru.az xəbər verir ki, The New York Times yazır: qərar müalicə, universitet təhsili, dost və qohumlara baş çəkmək, həmçinin işgüzar səfərlər üçün nəzərdə tutulan vizaları əhatə edir. Bildirilib ki, bu addımın konkret səbəbi hələlik məlum deyil.
Məhdudiyyətlərin artıq ABŞ vizası almış və ya ikili vətəndaşlığı olan fələstinlilərə şamil edilmədiyi qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kanadaya xəbərdarlıq edərək bildirmişdi ki, əgər Ottawa Fələstinin müstəqilliyini tanısa, iki ölkə arasında ticarət sazişinin bağlanması prosesində problemlər yarana bilər. Bloomberg isə yazıb ki, Qərb ölkələri Fələstin məsələsində ABŞ-ın mövqeyindən uzaqlaşmağa başlayır.
DOĞRU.AZ