image-n1karobka_ads
image-123
image-68ba063502e8bd432a64885dbackend

ABŞ-ın keçmiş diplomatına Çin üçün casusluğa görə həbs cəzası

image-ad_qayo_720x110px

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Maykl Şenu məxfi məlumatları Çinə ötürməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Doğru.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Şena Dövlət Departamentinin baş qərargahında işləyib və “tam məxfi” kimi təsnif edilən materiallara çıxış imkanı olub.

İttihama əsasən, o, 2022-ci ilin aprelindən etibarən müxtəlif internet platformalarında məxfi məlumatlara maraq göstərən şəxslərlə əlaqə quraraq onlara pul müqabilində məlumat ötürüb. Onlardan bəziləri özlərini beynəlxalq konsaltinq şirkətlərinin əməkdaşı kimi təqdim etsələr də, əslində Çin Xalq Respublikasının maraqları naminə fəaliyyət göstəriblər.

Departamentin açıqlamasında vurğulanıb ki, Şen Çin hökumətinə məxfi məlumat ötürməklə ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurub və amerikalıların həyatını təhlükəyə atıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki