ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzzada atəşkəs məsələsini müzakirə etmək üçün İsrail və Qətər rəsmiləri ilə üçtərəfli görüş keçirəcək.
Doğru.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Məlumata görə, Vitkoff cümə axşamı Romada Qətər və İsrailin yüksək səviyyəli nümayəndələri ilə atəşkəs danışıqlarını davam etdirməyi planlaşdırır.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce isə bildirib ki, Vitkoff artıq Qəzza zolağına səfər edib.
Sky News Arabia isə yazır ki, İsrail və HƏMAS arasında mümkün atəşkəs razılaşması ABŞ-ın tərəflərə hərbi əməliyyatları bərpa etməyəcəklərinə dair zəmanət verməsini də əhatə edəcək.
DOĞRU.AZ