image-ads_n1karobka_mobile
image-69d942ffae5ac95e5e043923backend

ABŞ–İran danışıqları İslamabadda başladı

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların rəsmi olaraq başladığı təsdiqlənib. ABŞ Prezidenti Donald Trump NewsNation jurnalisti Kelli Meyer ilə söhbətində prosesin artıq start götürdüyünü bildirib.

Doğru.az xəbər verir ki, jurnalist sosial şəbəkədə paylaşım edərək Trampın “danışıqların rəsmi olaraq başlayıb-başlamadığını soruşdum və o, “hə” dedi” sözlərini qeyd edib. Prezident əlavə edib ki, İranın danışıqlarda “xoş niyyətlə” iştirak edib-etmədiyi yaxın zamanda bəlli olacaq.

Aprelin 11-də ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün İslamabad şəhərinə gəlib. İran nümayəndə heyəti isə artıq Pakistan ordusunun komandanı Asim Munir ilə görüş keçirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki