image-n1karobka_ads
image-123
image-683a9384f0d66683a9384f0d671748669316683a9384f0d64683a9384f0d65-1backend

ABŞ İstanbul danışıqlarında iştirak etmək üçün Kiyevə təzyiq edə bilər

ABŞ iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etmək üçün Ukraynaya təzyiq edə bilər.

“Vaşinqton Post” yazır ki , “Şərtlərlə bağlı çıxılmaz vəziyyət Ukraynanı yöndəmsiz diplomatik vəziyyətə salıb ki, o, bazar ertəsi Rusiyanın təklif etdiyi texniki danışıqlarda iştirak etmək üçün Vaşinqtonun təzyiqi ilə üzləşə bilər”.

Həmçinin qeyd edilir ki, Kiyev Amerika hərbi və kəşfiyyat yardımından asılı olduğu üçün manevr etmək imkanları azdır.

Xorvatiyalı analitik Draqo Bosnik daha əvvəl “InfoBRICS” xəbər portalındakı məqaləsində öz fikrini bildirmişdi ki, İstanbulda keçiriləcək yeni danışıqlarda Ukrayna dərhal sülh istəməli və gərginliyin daha da artmasından çəkinməlidir.

Bu arada Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya nümayəndə heyətinin memorandum layihəsi ilə iyunun 2-də İstanbula gələcəyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki