image-n1karobka_ads
image-123
image-683884dfae5ac948757fd4e5backend

ABŞ Konqresi Trampa Putinə təzyiq rıçaqları verə bilər

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalarla bağlı qanunvericiliyi ilə ABŞ prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putin üzərində “rıçaq” verə bilər.

Bu barədə “The Washington Post” qəzetindəki köşə müəllifi bildirib.

Məqalədə deyilir: “Konqres Trampa Putin üzərində təsir rıçaqları verə bilər… İkipartiyalı sanksiya qanun layihəsi Trampa təsir rıçaqları verəcək”.

Məqalə müəllifinin fikrincə, qanun layihəsi Amerika liderinə Rusiyanın enerji resurslarının satışını dünya bazarından sıxışdırmağa imkan verəcək. Jurnalistin fikrincə, bu, “Rusiya iqtisadiyyatını darmadağın edəcək”.

Daha əvvəl Putin Rusiya iqtisadiyyatının yaxşı inkişaf templəri nümayiş etdirdiyini bildirmişdi . 2025-ci ilin ilk iki ayında Rusiyanın ÜDM artımı 1,9% təşkil edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki