ABŞ-nin Men ştatının Lyuiston şəhərində 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən ehtiyatda olan hərbçi, 40 yaşlı Robert Kard iki günlük axtarışlardan sonra ölü tapılıb.
Mənbələrin bildirdiyinə görə, Kardın cəsədi atışma baş verən yerdən təxminən 8 mil aralıda, Lisbon şəhəri yaxınlığındakı meşədə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə qeyd edib ki, həmin yer Kardın bu yaxınlarda işdən çıxarıldığı tullantıların təmizlənməsi zavodunun yaxınlığındadır.
Yerli mətbuatda onun intihar etdiyi yazılır.
Kardın ölümü sonradan dövlət orqanları tərəfindən təsdiqlənib.
Mənbə: A Haber