ABŞ İrandan Rusiyaya pilotsuz təyyarələrin tədarükünü dayandırmasını istəyib.
Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının, eləcə də onlar üçün ehtiyat hissələrin çatdırılmasını dayandırmasını istəyir.
Financial Times mənbələrinə görə, Tehran “dəfələrlə Moskvadan onlardan münaqişədə istifadəni dayandırmağı xahiş edib”, lakin Vaşinqton “daha konkret addımlar” istəyib.
Bundan əvvəl ABŞ Ticarət Departamenti Rusiyadan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı məlumatlara görə İrana ixrac məhdudiyyətlərini sərtləşdirib.
Sənəddə deyilir ki, Vaşinqtonun fikrincə, Ukraynada istifadə olunan dronların Rusiyaya tədarükü ilə bağlı Tehran “yeni ixrac nəzarətinə” məruz qalır. Nazirlik bu addımın ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq siyasət sahəsində maraqlarına zidd olduğunu vurğulayıb.
Mənbə: Lenta.ru