image-2000x150px
image-123
image-ads_atlas
image-vvtbtbackend

ABŞ səfiri Azərbaycan dilində müraciət ünvanladı

image-728x90px

“ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub”.

Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ-nin Azərbaycanda yeni fəaliyyətə başlayan səfiri Mark Libbi ünvanladığı videomüraciətdə deyib.

Səfir müraciətini Azərbaycan dilində edib.

“Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq. Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik”, – deyə səfir bildirib.

Səfir deyib ki, qısa müddət ərzində Bakını gəzib və onun əzəmətli yerlərini görmək şansını əldə edib.

Diplomat Azərbaycan mətbəxinin ləzzətli plovunu və dolmasını dadıb.

“Mən bu yerləri daha yaxından tanımağa, Azərbaycanda daha çox yer görməyə və dad dadmağa ümid edirəm. Azərbaycanı daha yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm”, – o deyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki