image-n1karobka_ads
image-123
image-4a1c2f4d17488700996810839651000554backend

Emin Hüseynov: “Güclü lider, güclü Azərbaycan”

image-ad_qayo_720x110px

İş adamı Emin Hüseynov sosial şəbəkə hesabında paylaşım edərək Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi sözlərlə təbrik edib.

Paylaşımında Emin Hüseynov Azərbaycan xalqının keçdiyi çətin və şərəfli yolu xatırladaraq, Ulu Öndər Heydər Əliyevdən başlanan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən dövlətçilik xəttinə dərin hörmətini ifadə edib.

O bildirib ki, gözünü açandan Azərbaycanı ağır, mürəkkəb və sınaqlarla dolu bir dövrdə görüb. Uşaqlıq illərində ölkənin hansı çətinliklərdən keçdiyinin canlı şahidi olub. Lakin məhz həmin çətin günlərdə xalqını fəlakətdən xilas edən, Azərbaycan dövlətçiliyini qoruyan və möhkəmləndirən dahi şəxsiyyət Heydər Əliyevin varlığı ona həmişə ümid verib.

Emin Hüseynov qeyd edib ki, gənclik dövründə isə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının şahidi olub. Onun sözlərinə görə, ölkəmiz qısa müddətdə regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə söz sahibi olub.

Paylaşımda xüsusilə vurğulanıb ki, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulması, işğal altında olan torpaqlarımızın azad edilməsi, üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz nümunəsidir. Bu tarixi qələbələr hər bir azərbaycanlının qürur mənbəyidir.

İş adamı bildirib ki, gənc sahibkar olaraq özünü hər zaman güclü hiss edib. Bunun səbəbi isə ölkəyə güclü, iradəli və mərd bir Prezidentin rəhbərlik etməsidir. Onun fikrincə, İlham Əliyev təkcə siyasi lider deyil, eyni zamanda xalqının yanında olan, sözünü əməli ilə sübut edən əsl dövlət başçısıdır.

Emin Hüseynov paylaşımında Prezidentin cəsarətindən, prinsipial mövqeyindən və milli maraqları hər şeydən üstün tutmasından da bəhs edib. O qeyd edib ki, Azərbaycanı hədələyənlərin necə cavab aldıqlarının, dövlətimizin gücünü kiçik görənlərin necə yerində oturdulduğunun bütün dünya şahidi olub.

Paylaşımın sonunda iş adamı Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edərək ona və ailəsinə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik yolunda yeni-yeni uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan xalqı üçün İlham Əliyev kimi bir Prezidentin varlığı böyük xoşbəxtlikdir.

“Yaxşı ki varsınız, yaxşı ki Azərbaycanın Prezidentisiniz, cənab İlham Əliyev”, – deyə Emin Hüseynov paylaşımını tamamlayıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki