Azərbaycan Prezidenti İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciət edir.
Dövlət başçısının müraciəti hazırda yerli televiziya kanalları vasitəsilə canlı yayımlanır. Prezident çıxışında ötən ilin yekunlarına, qarşıda duran əsas hədəflərə, həmçinin ölkənin daxili və xarici siyasətində prioritet istiqamətlərə toxunur.
Müraciətdə milli birlik, həmrəylik və dövlətçilik dəyərləri xüsusi vurğulanır, dünya azərbaycanlılarına bayram təbriki ünvanlanır.
Xəbər canlı yayıma uyğun olaraq yenilənir.
DOĞRU.AZ




























