Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib ki, 2025-ci il də ölkəmiz və xalqımız üçün uğurlu olmuş, Azərbaycan xalqı sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşamışdır.
Doğru.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı vurğulayıb:
“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.”
DOĞRU.AZ




























