image-n1karobka_ads
image-123
image-qxy3oyzlztyoxbihubjnbqnvgatw3xwnqqkl5zr1_1200backend

Qarabağ atları Əbu-Dabidə tamaşaçıları heyran etdi – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.

Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub.

Xüsusilə diqqət çəkən məqamlardan biri – BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.

Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq edib.

Əbu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib.

DOĞRU.AZ

image-8qkhqrjxeirmxhtyl6uuxand4hpueoercwxzivfy_640 image-q6yb8mm1nysir8ax4w88e0hymrzghbgxbzkzid2l_640 image-z9iglehfokhkejlxkrgahzpa9uxuclp2ojb1bt0y_640 image-nnttyfmevlikqv9m6ksho6hpdb4ei9bl8w9tuq5b_640 image-dxsubqtqanikm8xjbqfxbpbxwuzfwk5ym0oo13hg_640 image-bxjpzd0vneyavlyr8ymzolpjucmnki13hezsjqzo_640 image-mqbqstz8s7zw5pqoyh7zl0ovhql28kyimk8th27l_640 image-zkkkskgq6m8vwxplhjoqiuvczey3dza95kpgwai0_640 image-lpukdsvsq4kbaik7jd1gbrlt2x3l40xj4jklp20c_640 image-mnjyy32ilbhld3f91oc5ttneuwexhofalq64dhw5_640 image-rhph85qimqdlhee19rgk12ezu9lywfdyb93oucck_640 image-pswufto2lqffytgqcetrgyagvu1m3rgtgqqne46k_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki