Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri münaqişədən sonrakı inkişafın nadir nümunələrindən biri hesab olunur.
Doğru.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüş zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan son beş ildə dağıdılmış ərazilərdə şəhər və kəndləri öz maliyyə və institusional resursları hesabına sıfırdan qurur, müasir infrastruktur, nəqliyyat və enerji sistemləri yaradır. Eyni zamanda onlarla şəhər və rayonda, yüzlərlə yaşayış məntəqəsində tikinti və bərpa işləri paralel şəkildə davam etdirilir.
Hikmət Hacıyev vurğulayıb ki, həyata keçirilən bu proses regionun gələcək inkişaf modeli üçün mühüm təcrübə formalaşdırır və Qarabağ artıq innovasiya və yenidənqurma məkanına çevrilir.
DOĞRU.AZ

























