image-ads_n1karobka_mobile
image-1780570012611-183b257167a5-referendum-768x403backend

Azərbaycanda referendum keçiriləcək? – RƏSMƏN açıqlandı

“Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var”.

Doğru.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Naxçıvanın status məsələsinə yenidən baxılacağı ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: “Naxçıvan Muxtar Respublikasının status məsələsi artıq həll olunub.

Naxçıvanın yeni Konstitusiyası qəbul edilib. Cənab Prezidentimizin orada səlahiyyətli nümayəndəsi təyin edilib. Bütün bu məsələlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir”.//Pravda.az

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki