image-ads_n1karobka_mobile
image-qarsbackend

Türklər və ermənilər Qarsda görüşdülər – Nə baş verir?

Ermənistan və Türkiyə nümayəndələri arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.

Doğru.az globalinfo.az istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib”, – deyə nazirlik vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyində isə işçi qrupunun görüşü Cənubi Qafqazda sülh və rifah yolunda tarixi irəliləyiş kimi qiymətləndirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki