Qəbələ şəhərində keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Görüş barədə AZƏRTAC məlumat yayıb.
Doğru.az xəbər verir ki, müzakirələr zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi bir daha vurğulanıb və ölkəmizin Ermənistan ilə razılaşdırılmış sülh gündəliyinə, həmçinin Vaşinqton Sammitinin ruhuna bağlılığı diqqətə çatdırılıb.
Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələrinin qurulması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzitinin təmin olunması istiqamətində addımlar atılır. TRIPP layihəsinin regionun nəqliyyat mənzərəsini dəyişəcəyinə xidmət edəcəyi qeyd olunub.
Hacıyev vurğulayıb ki, danışıqların ikitərəfli xarakter daşıması kimi, vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərinin də ikitərəfli formatda davam etməsi vacibdir. O, qlobal gərginliklər fonunda Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
DOĞRU.AZ


























