İranın xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərqdə müharibə başlayandan sonra xaricdə qalan iranlı zəvvarlara göstərilən yardıma görə Azərbaycan və bir sıra ölkələrə təşəkkür edib.
News24.az xəbər verir ki, bu barədə “Türkiye Today” İranın dövlət televiziyasına istinadən məlumat yayıb.
Əraqçı xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına ABŞ və İsraillə münaqişə zamanı xaricdə qalan iranlı zəvvarlara göstərilən yardıma görə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb, həmçinin Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücum edib.
DOĞRU.AZ


























