İsrail Təhlükəsizlik Şurası (MTŞ) yaz tətili öncəsi vətəndaşlarına müraciət edib.
Publika.az xəbər verir ki, MTŞ vətəndaşlarına İranla sərhəd olan ölkəlrdə ehtiyatlı olmağı tövsiyə edib:
“İranla həmsərhəd olan ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Körfəz Dövlətləri) üçün İsrail və ya yəhudiliklə əlaqəli yerlərdə keçirilən tədbirlərdə (bayram şam yeməkləri də daxil olmaqla) iştirak etməkdən çəkinməyi tövsiyə edirik.”
Bu, onların İran elementlərinin zorakı hücumlarının hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır”.
DOĞRU.AZ


























