image-ads_n1karobka_mobile
image-68da07dbae5ac9704f67d05bbackend

ABŞ sərhədçiləri Çikaqoya gəlib, etirazlar başlayıb

image-add-a-heading

ABŞ Sərhəd Patrulu (ICE) prezident Donald Trampın “asayişi bərpa etmək” məqsədilə şəhərə Milli Qvardiyanın göndərilməsi planlarını elan etməsindən sonra Çikaqoya yerləşdirilib.

Doğru.az xəbər verir ki, ABC 7 telekanalının məlumatına görə, şəhərdə artıq həbslər başlayıb. Eyni zamanda, ICE zabitlərinin şəhəri tərk etməsini tələb edən etirazçılar da görünüb.

Xatırladaq ki, Tramp daha əvvəl sosial mediada paylaşdığı yazıda Çikaqonun Pentaqonun niyə Müharibə Departamenti adlandırıldığını tezliklə öyrənəcəyini bildirmişdi. Daha sonra ABŞ prezidenti şəhərə qarşı “müharibə başlamaq” niyyətinin olmadığını açıqlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki