Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları yaxın vaxtlarda Ukrayna üçün təhlükəsizlik zəmanətləri planını təqdim etməyi planlaşdırır.
Doğru.az xəbər verir ki, “Financial Times” nəşri məsələ ilə bağlı mənbələrə istinadən bu planı “təhlükəsizlik zəmanətləri üçün kobud plan” adlandırıb. Bununla belə, hələlik bütün detalların razılaşdırılmadığı bildirilir. Məlumata görə, Vaşinqton Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsi üçün Rusiyanın razılığını almaq məcburiyyətindədir.
Bloomberg isə daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın təhlükəsizlik təminatlarını müzakirə etmək üçün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşəcəyini xəbər vermişdi.
DOĞRU.AZ