image-2000x150px
image-123
image-ads_atlas
image-absheron_anim_180722_1-1backend

Abşeron rayonunda şəhidlər doğum günlərində anılıblar – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun 20-ci və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Abbasov Fərrux Azər oğlunun 28-ci doğum günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələrilə birgə rayonun Məmmədli kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Ülvi Rəhimlinin keçdiyi döyüş yolundan, cəbhədə göstərdiyi şücaətlərdən və xatirələrindən danışılıb.

RİH başçısı daha sonra şəhidimizin əvvəllər yaşadığı mənzilə gedərək ailəsi ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirib.

İştirakçılar daha sonra şəhid Abbasov Fərrux Azər oğlunun evinə gedərək onun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki