image-n1karobka_ads
image-123
image-17506627764631813314_1200x630backend

ADA-da 19-cu Bakı Yay Enerji məktəbinə start verildi

Bu gün ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, bp və “Kolin” şirkətlərinin dəstəyi ilə 19-cu Bakı Yay Enerji Məktəbi (Baku Summer Energy School – BSES 2025) öz işinə başlayıb.

Doğru.az xəbər verir ki, 23 iyun-4 iyul tarixlərində ADA Universitetində keçiriləcək iki həftəlik məktəbdə intensiv sertifikat proqramı dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərini, enerji və ətraf mühit sahəsində çalışan peşəkarları və aparıcı akademikləri bir araya gətirib.

Məktəbin açılış mərasimində energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin prorektoru, IDD direktoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və başqaları iştirak edirlər.

Məktəbin açılışında çıxış edən natiqlər Azərbaycanın enerji potensialı, yaşıl enerji sahəsində həyata keçirilən tədbirlər, yatırılan investisiyalar, ekologiyanın qorunması və digər aktual məsələlər barədə çıxış edirlər.

DOĞRU.AZ

image-17506627762551514413_1200x630 image-1750662776675749911_1200x630 image-17506627762779558530_1200x630 image-17506627763479249969_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki