image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_336911852_xl-pic_32ratio_900x600-900x600-7837backend

Adobe şirkəti Photoshop-un köhnə versiyalarının istifadəçilərini məhkəməyə verməklə hədələyir

image-728x90px

“Adobe” şirkəti istifadəçilərə “Photoshop”un köhnə versiyalarından istifadə etməyə davam etsələr, məhkəməyə verilə biləcəklərini bildirib.

Bu barədə “Vice” portalı məlumat yayıb.

Adobe nümayəndəsinin sözlərinə görə, istifadəçilərə Creative Cloud-a daxil olan proqramların köhnə versiyalarından istifadə etməyə icazə verilmir – söhbət Photoshop, Premiere, Lightroom Classic, Animate və Media Director-dan gedir. Bunun səbəbi şirkət artıq bu proqramların köhnə versiyalarını dəstəkləmir, yəni istifadəçilər avtomatik olaraq onlardan istifadə lisenziyasını itirirlər.

Artıq bəzi Adobe müştərilərinə xəbərdarlıq məktubları göndərilib. Onlar iddia edirlər ki, istifadəçilər şirkətin tələblərinə məhəl qoymasalar, “üçüncü tərəf” tərəfindən məhkəməyə verilə bilərlər. Adobe bu qərarın səbəbini birbaşa açıqlamasa da, “davam edən məhkəmə prosesini” qeyd edir. Ola bilsin ki, söhbət yeni proqram paylama modelinə görə artıq bir ildir Adobe-ni məhkəməyə verən Dolby Labs-ın şirkətə qarşı məhkəmə iddiasından gedir.

Mənbə: haber global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki