image-n1karobka_ads
image-123
image-absh1backend

Ağ Ev Hindistanı Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham edir

image-ad_qayo_720x110px

Ağ Evin rəhbərinin müavini Stiven Miller Hindistanı Rusiyadan neft almaqla Ukraynadakı münaqişəni dolayı yolla maliyyələşdirməkdə ittiham edib.

Doğru.az xəbər verir ki, bu barədə Miller “Fox Business” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Hindistanın bu addımını qəbuledilməz hesab edir.

“O (Donald Tramp – red.) açıq şəkildə bildirib ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir”, – deyə TASS Millerdən sitat gətirib.

Xatırladaq ki, Tramp daha əvvəl bəyan etmişdi ki, Hindistan avqustun 1-dən etibarən Rusiyadan neft idxalına 25 faizlik rüsum tətbiq edildikdən sonra bu ölkədən neft alışını dayandıracaq.

Bununla belə, “The Guardian” nəşri Hindistanın Rusiyadan neft almağa davam edəcəyini yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki