image-n1karobka_ads
image-123
image-682b34cfae5ac9332e7ac692backend

Ağ Ev: Tramp Putinlə planlaşdırılan zəngdən sonra açıqlama verəcək

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə planlaşdırılan telefon danışığından sonra ictimaiyyətə açıqlamalar verəcək, Ağ Ev bildirib.

Bu barədə RİA Novosti yazır.

Bundan əvvəl Tramp mayın 19-da Putinlə danışığını elan etmişdi . Onun sözlərinə görə, Rusiya lideri ilə danışdıqdan sonra Vladimir Zelenskiyə zəng etməyi planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Tramp arasında telefon danışığı Moskva vaxtı ilə saat 17:00-da baş tutacaq . İki prezidentin telefon danışığının nəticələri barədə Kreml mütləq məlumat verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki