image-2000x150px
image-123
image-ads_atlas
image-sibackend

Ağdamda ermənilər tərəfindən öldürüldükləri ehtimal edilən insanların sümükləri aşkarlandı 

image-728x90px

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılmışdır.

Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olduğu ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda  araşdırma davam edir.

12:22

Noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki