Avropa İttifaqı İsveçdə Quranın yandırılması aksiyasını pisləyir, hər hansı bir müqəddəs kitaba qarşı bu cür hərəkət təhqiramizdir, Aİ Xarici Xidməti bildirib.
Agentliyin saytında bildirilir ki, dünyanın müxtəlif ölkələrində müsəlmanların etirazına səbəb olan bu aksiya Brüsselin fikrini əks etdirmir.
“Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasına kəskin etirazında İsveç Xarici İşlər Nazirliyinə qoşulur, Quranın və ya hər hansı digər müqəddəs kitabın yandırılması təhqiramiz, hörmətsizlik və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur.
Aİ Xarici Xidməti həmçinin əlavə edib ki, onlar din və ya inanc azadlığını və ifadə azadlığını müdafiə etməyə davam edirlər. Departament “qarşılıqlı anlaşma və hörmət” axtarmağın tərəfdarı olduqlarını vurğulayıb.
Mənbə: A haber

























