image-n1karobka_ads
image-123
image-6921b5b702e8bd2da43a5c3cbackend

Aldoninə irəliləmiş xərçəng diaqnozu qoyuldu

image-ad_qayo_720x110px

Rusiya millisinin və ÇSKA-nın sabiq futbolçusu Yevgeni Aldoninin ciddi xəstəliyə tutulduğu məlum olub.

Doğru.az xəbər verir ki, “Birinci İdman” Telegram kanalının məlumatına görə, keçmiş kapitanın ağır formada xərçəng xəstəliyinə yoluxduğu açıqlanıb.

Bu gün Rusiya Premyer Liqası Aldoninin müalicəsinə dəstək məqsədilə xüsusi vəsait toplama kampaniyasına start verib. Aksiyaya artıq bir neçə tanınmış klub və idman ictimaiyyəti qoşulub.

Qeyd edək ki, 45 yaşlı Yevgeni Aldonin 2004–2013-cü illərdə ÇSKA-nın heyətində çıxış edib, UEFA kubokunun qalibi olub və iki dəfə Rusiya çempionluğunu qazanıb. O, milli komandada 29 oyun keçirib.

Xatırladaq ki, 2019-cu ildə futbolçunun keçmiş həyat yoldaşı, məşhur müğənni Yuliya Naçalova xəstəlik səbəbindən vəfat etmişdi. Cütlüyün 2006-cı ildə doğulan Vera adlı bir qızı var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki