image-n1karobka_ads
image-123
image-17666521864150826421_1200x630backend

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib – FOTO

image-ad_qayo_720x110px

Ali Məhkəmə Plenumunun növbəti iclası baş tutub.

Doğru.az xəbər verir ki, Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə olunaraq qəbul edilib.

Bununla yanaşı, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Qərar layihəsi müzakirə edilərək təsdiqlənib.

İclasda həmçinin “Hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar layihəsi müzakirə olunub.

Plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Qərar layihəsi də qəbul edilib.

Eyni zamanda, 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Sumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

DOĞRU.AZ 

image-17666521863008527591_1200x630 image-17666521864031345699_1200x630 image-1766652186561915520_1200x630 image-17666522024676917685_1200x630 image-17666521863042319777_1200x630 image-17666521864652646391_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki