image-ads_n1karobka_mobile
image-isiqbackend

Bakının iki kəndində müvəqqəti elektrik kəsintiləri olacaq

Mayın 17-də Biləcəri Elektrik Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında ikinci paylayıcı qurğuda yenidənqurma, təmir və texniki xidmət işləri aparılacaq.

“Doğru.az”-ın məlumatına görə , bu barədə məlumatı “Azərişıq” yayıb.

Aparılan işlər ilə əlaqədar olaraq, 17 may saat 01:00-dan 04:00-dək Binəqədi qəsəbəsində və yaxınlıqda yerləşən yeni yaşayış massivlərində, Biləcəri kəndinin Məmmədoğlular, M. Aslanov, 10 May küçələrində, eləcə də DSK yolu kimi tanınan ərazinin bir hissəsində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki